Ana dostu ilə birləşib 8 aylıq qızının BAŞINI KƏSDİ – FOTOLARbackend

Ana dostu ilə birləşib 8 aylıq qızının BAŞINI KƏSDİ - FOTOLAR

Belarusda bir kişi 8 aylıq uşağı xüsusi qəddarlıqla öldürdüyünə görə edam cəzasına məhkum olunub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə  həmçinin uşağın anası Nataliya Kolbı  25 il azadlıqdan məhrum edib.

“Ana 25 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi cəzaçəkmə müəssəsində  çəkəcək. Uşağı öldürən Viktor Sergil isə edam cəzasına – güllələnməyə məhkum edilib”,– deyə məhkəmə nümayəndəsi bildirib.

“Vesna” İnsan Hüquqları Mərkəzinin verdiyi məlumata görə, məhkumlar Viktor Sergil 48, Natalya Kolb isə 26 yaşındadır. Faciə 27 oktyabr 2018-ci il tarixində Luninets şəhərində baş verib. İttihama görə, uşağın anası və dostu evdə bir ziyafət təşkil ediblər.  Sərxoş olduqdan sonra isə uşağı xüsusi amansızlıqla öldürüblər. Daha sonra uşağın boğazını kəsiblər. Ekspertlərin bildirdiyinə görə, uşağın bədənində 46 bıçaq yarası olub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*