Almaniyanın “Kaiserslautern” klubunun futbolçusu Vladislav Fadeyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, 2023-cü ildə Fadeyev magistral yolda ölümcül yol-nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində ana və qızı avtomobilin içində yanaraq ölüblər.
Fadeyev “Kaiserslautern” klubunun ikinci komandasında çıxış edir. Cari mövsümdə o, 27 oyunda iştirak edib və 8 qol vurub.
