Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Misirdə Türkiyənin Ətraf mühit və şəhərsalma nazirinin müavini Ömər Bulutla səmərəli görüş keçirib.
KONKRET.az xəbər verir ki, Qahirədə davam edən 12-ci Ümumdünya Şəhərsalma Forumu (WUF12) çərçivəsində baş tutan görüşdə qardaş ölkələrimiz arasında şəhər planlaşdırılması və infrastrukturun inkişafı üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Tərəflər həmçinin Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin nəticələri barədə fikirlərini bölüşüblər.
Sonda Anar Quliyev həmkarını 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib.