Angela Merkel: Türkiyə NATO-nun üzvlüyündə qalmalıdırbackend

Angela Merkel: Türkiyə NATO-nun üzvlüyündə qalmalıdır

Almaniya kansleri Angela Merkel Almaniyanın Suriya mövzusuna töhfə verməsi ilə bağlı çıxış edib.

KONKRET.AZ xəbər verir ki, Merkel, büdcə görüşmələri çərçivəsində Federal Məclisdə etdiyi çıxışında bunları deyib:

“Bu, Rusiya ilə Türkiyə arasında danışıqlar etmədən mümkün deyil. Türkiyənin NATO üzvlüyündə qalması lazımdır”.

Suriyada davam edən vətəndaş müharibəsinin proksi müharibəyə çevrildiyini diqqətə çatdıran Merkel, siyasi bir həll tələb olunduğunu vurğulayıb. Merkel çıxışında NATO-nun əhəmiyyətini də izah edib. Türkiyənin NATO üçün jeostrateji əhəmiyyətə malik olduğunu deyən kansler rəsmi Ankaranın təşkilatdakı üzvlüyünün qalması üçün səy göstərməli olduqlarını dilə gətirib.

Merkel, Avropanın qarşısında bir çox terror təhdidinin olduğunu da söyləyib: “ABŞ ətrafımızda yanğın olduqda artıq məsuliyyəti öz üzərinə götürmür. NATO-nun qorunması bizim marağımızdadır. Bizə bu transatlantik ittifaq lazımdır”. Buna görə də NATO-nun qorunması üçün çalışacaqlarını və ittifaqda daha çox məsuliyyət daşıyacaqlarını söyləyən Merkel, Fransa ilə silah layihələrini inkişaf etdirmək istədiklərini də söyləyib.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*