Ankara: “İsveç və Finlandiya Türkiyə ilə razılaşmaları YERİNƏ YETİRMƏYİB”backend

Ankara: "İsveç və Finlandiya Türkiyə ilə razılaşmaları YERİNƏ YETİRMƏYİB"

“İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün Türkiyə ilə müqavilələri yerinə yetirməyib”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün Türkiyə ilə əldə etdikləri razılaşmaları hələ də yerinə yetirməyib.

Onun sözlərinə görə, Ankara Stokholm və Helsinkidən Kürdüstan Fəhlə Partiyası (PKK), FETÖ və Türkiyədə qadağan olunmuş digər terror təşkilatlarına qarşı tədbir görəcəyini gözləyir.

“Ancaq memorandumun imzalanmasından təxminən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, indiyədək heç bir addım atılmayıb”, – deyə Şentop bildirib.

Eyni zamanda, siyasətçi əlavə edib ki, Türkiyə ümumilikdə İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı strateji hədəfini dəstəkləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*