backend

Anna Akopyan həddini aşdı: Mehriban Əliyevanı Qarabağa dəvət etdi

Bu gün İrəvanda “Sülhməramlılıqda qadınların rolu: İmkanlar və problemlər” konfransında çıxış edən Ermənistan Baş Nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanı Qarabağa dəvət edib və əgər dəvət qəbul olunarsa, özü də Bakıya gəlməyə hazır olduğunu bildirib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Akopyan çıxışında Mehriban xanımın teleqram kanalındakı son statusuna işarə edib: “Onun arzusu Qarabağda muğam dinləməkdir, biz ona gözəl muğam təqdim edə bilərik”.

Baş Nazirin xanımı münaqişənin sülh yolu ilə həll olunmasına da toxunub: “Əgər muğam adı altında onlar müharibə istəyirlərsə, onda bu arzu elə arzu olaraq da qalacaq. Əgər müharibə başlasa, onda muğama qulaq asmaq istədikləri yerlərin sayı da artacaq…”

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*