Qəbələdə transformator partladı: Sakinlər TƏŞVİŞDƏ – VİDEO, FOTOLARbackend

Qəbələdə transformator partladı: Sakinlər TƏŞVİŞDƏ - VİDEO, FOTOLAR

Qəbələ rayonunun Vəndam qəsəbəsində qorxulu anlar yaşanıb. Kənd ərazisindəki elektrik transformatorunda güclü partlayış səsi ilə müşahidə olunan şiddətli yanğın baş verib.

KONKRET.az xəbər verir ki, qəfil partlayış səsi və ardınca qalxan qatı tüstü kənd sakinlərində ciddi təşviş yaradıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Operativ müdaxilə sayəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddət ərzində söndürülüb.

Hadisə nəticəsində qəsəbənin bir hissəsində işıqların verilişi dayanıb.

Qəzanın dəqiq başvermə səbəbləri araşdırılır.

Müşviq Tofiqoğlu,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*