Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbs olunması ilə Nikol Paşinyan özünə rahat şərait yaratmağa çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə avqustun 31-də keçirilən mətbuat konfransında “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan bildirib.
Deputat əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Köçəryanı ad günü münasibətilə təbrik etsə də Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etməyib.
O, Köçəryanın həbsinin Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirə olunacağını qeyd edib.
Deputat həmçinin İrəvanın təşəbbüskarı olduğu Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin Ermənistanın sadə vətəndaşlarına təsir etdiyini və daha böyük fəlakətin uzaqda olmadığını bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
