Antarktidadan Uayt adası və ya Sinqapurun yarısı qədər sahəyə malik nəhəng aysberq qopub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aysberqin sahəsi 380 kvadrat kilometrdir.
Buz nəhənginin mayın 20-də “Brunt” buz şelfindən qopduğu, hadisənin “McDonalds” buzlaqındakı buzun uzunmüddətli zəifləməsinin və tədricən şərqə doğru genişlənməsinin nəticəsində baş verdiyi vurğulanıb.
Qeyd edək ki, A-83 aysberqinin ayrılması regionda son dörd ildə üçüncü əhəmiyyətli aysberq parçalanması olub. İndiyədək 2021-ci ildə “Brunt” buz şelfində A-74 aysberqi, 2023-cü ildə isə A-81 adlı daha böyük aysberq qopub.
Xatirə SADİQ,
KONKRET.az
