Anurogryllis celerinictus amerikalı casusları və diplomatları sıradan çıxarırbackend

Anurogryllis celerinictus amerikalı casuslarıdiplomatları sıradan çıxarır

ABŞ Dövlət Departamenti amerikalı JASON alimlərin müstəqil qrupunun hələ 2018-ci ildə apardığı məxfi araşdırmanın nəticələrini açıqlayıb. Orada diplomatların “Havana sindromu” adlandırılan mistik xəstəliyinin səbəblərindən bəhs olunur.

Söhbətin nədən getdiyini xatırladaq. 2016-cı ilin oktyabrında 16 ABŞ, habelə bir neçə Kanada diplomatı Havanada eyni vaxtda qəribə bir hala düçar olur. Onlar başlarında gah metal cırıltısını, gah həşəratların vızıltısını, gah da yüksək tezlikli isterik naləni xatırladan səslərin yaranmasından şikayətlənirlər. Və bu səslərdən dərhal sonra güclü baş ağrıları və dəhşətli ürəkbulanma başlayır, insanlar hərəkət koordinasiyalarını itirir və yuxusuzluqdan əziyyət çəkirlər.

Amerikada fərz edirlər ki, bu Kubada çoxdandır texniki vasitələrə malik olan Rusiya xüsusi xidmətlərinin ABŞ səfirliyinin heyətinə qarşı hansısa “akustik təcavüz”ü ola bilər. Həmin texniki vasitələr əvvəllər ABŞ-ı izləmək üçün nəzərdə tutulurdu, indi isə onları guya ki diplomatları sıradan çıxarmaq üçün istifadə etməyə başlayıblar.

                                  Dövlət Departamenti “Havana sindromu” işinə son qoyduğuna əmindir

Vaşinqtonda hətta belə bir qənaətə gəlirlər ki, xəstəliyin prezident Barak Obamanın Kubaya səfərindən yarım il sonra başlaması da təsadüfi deyil. Guya ki ruslar Kuba ilə ABŞ-ın yaxınlaşmasını istəmirlər, buna görə də müdhiş eksperimentlərə əl atırlar.

Və deməliyik ki, əgər bunların arxasında doğrudan da Rusiyanın Baş Kəşfiyyat İdarəsi (BKİ) və ya digər xüsusi xidməti dayansaydı, Moskvanı öz məqsədlərinə çatmış saya bilərik. Tramp hakimiyyətə gələndən sonra Kubadakı bütün amerikalı diplomatları təxliyə etdirir. Havananın Malekon sahil küçəsində yerləşən və bir neçə sıra beton çəpərlərlə əhatələnən bina boşalır, orada faktik olaraq yalnız keşikçilər qalır. Kubalılara viza verilməsi dayandırılır, viza hüququ olanlara isə başqa ölkələrə, o cümlədən Qayanaya gedərək Amerikaya giriş vizasını məhz orada istəmələri tövsiyyə edilir.

2017-ci ildə isə Tramp 15 kubalı diplomatı Havanadakı amerikalı heyətin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edərək onları Vaşinqtondan çıxardır. Kubanın o vaxtkı lideri Raul Kastro bildirir ki, amerikalıların nasazlığının səbəbləri barədə ən cüzi təsəvvürə belə malik deyil.

Ancaq “Havana sindromu”nun tarixçəsi bununla bitmir. Gah bir, gah digər ölkədə amerikalı diplomatlar analoji simptomlarla qarşılaşır. Yayın sonunda oxşar nasazlığı MKİ-nin direktoru Uilyom Byörnsi Hindistana səfər zamanı müşayiət edən xüsusi xidmət agenti də hiss edir. Sindrom şübhəsilə avqustda ABŞ-ın vitse-prezidenti Kamala Xarrisin Vyetnama uçuşu gecikir, təxminən həmin vaxt MKİ-nin rezidenti Vyanadan geri çağırılır.

“Havana sindromu”nun qurbanlarının sayı 200-ə çatır və bu günlərdə ABŞ Konqresinin nümayəndələr palatası yekdilliklə, 427 səslə “Havana aktı” adlandırılan qanun layihəsinə səs verir. Bu layihədə naməlum qüvvələrin bədniyyətli əməllərindən ziyan çəkmiş MKİ və Dövlət Departamentinin əməkdaşlarına maliyyə yardımının göstərilməsi nəzərdə tutulur.

Bir qədər əvvəl isə sindromun qurbanları ilə şəxsən Uilyam Byörns görüşür və bu sirrin araşdırılmasının onun prioritetlərindən biri olduğunu bildirir. ABŞ-ın əsas məxfi xidmətinin rəhbəri əməliyyata başçılıq etməyi “Əl-Qayda”nın başçısı Üsamə ben Ladenin məhv edilməsinin iştirakçısı olan əməkdaşına tapşırır.

                                         “Havana Sindromu” bu balacaların üstünə atıblar

Və bütün bunlardan sonra Jason qrupunun üç il əvvəl gəldiyi nəticə bəlli olur: bu qədər insanın nasazlığının mümkün səbəbi … adi Anurogryllis celerinictus sisəyləridir. ABŞ diplomatlarının başında yaranan səsi məhz bu ziyansız həşəratlar çıxarırmış. Üstəlik, alimlər anlaşılmaz nasazlığın hər hansı şüalanma və ya mikrodalğalarla törədildiyini qəti şəkildə rədd edirlər.

Tədqiqatçıların qrupu bu xəstəliklə əlaqəli səkkiz hadisənin səs yazılarını araşdıraraq qəti qərara gəliblər: söhbət məhz sisəylərdən gedir, onların yarımnövlərindən biri isə xüsusilə ucadan “oxuyur”. AP agentliyinin təqdim etdiyi səs yazılarını öyrənən daha iki alim də eyni qənaətdədir.

BuzzFeed nəşri yazır ki, JASON təşkilatı onillər boyunca milli təhlükəsizlik problemləri ilə məşğuldur və orada “ölkənin ən parlaq texniki beyinli insanları” çalışır.

Bəlkə də belədir, ancaq bu sətirlərin müəllifi də daxil olmaqla elmdən uzaq bir çox insan üçün sisəylərin öz səsləri ilə onlarla diplomatı necə sıradan çıxara bildikləri anlaşılmaz qalır. Məgər bu ziyankar sisəylər əvvəllər təbiətdə yox idi?

Yeri gəlmişkən, ABŞ diplomatlarının oxşar xəstəlikləri barədə ilk məlumatlar hələ 1960-cı illərə təsadüf edir. O vaxt ABŞ-ın Moskvadakı səfirliyinin bir neçə əməkdaşında ürəkbulanma qeydə alınır. 1975-ci ildə isə ABŞ-ın SSRİ-dəki səfiri Uolter Stessel anlaşılmaz təsirin qurbanı olur – onda ürəkbulanmadan əlavə həm də gözə qansızma baş verir. Həmin vaxt ABŞ hakimiyyəti DTK-nın insanın sinir sisteminə təsir etmək üçün hansısa təcrübələr həyata keçirdiyindən şübhələnir.

İndi isə JASON-un hər şeydə sisəylərin günahkar olması ilə bağlı nəticələrini qəbul etsək, sual yaranır: ABŞ-ın Moskvanın mərkəzində yerləşən səfirliyində sisəylər haradan peyda ola bilərdilər? Eləcə də ABŞ-ın Vyanada və digər paytaxtlardakı səfirliklərində.

Amerikalı alimlərin araşdırmasını 1 Aprel zarafatı saymaq olardı. Ancaq onun müəllifləri öz fikirlərində qalırlar. «Hesabatda aydın şəkildə ifadə olunub ki, insanlara təsirin hansısa energetik silahla edildiyi şübhə doğurur, sisəklərlə bağlı nəticələr isə tamamilə inandırıcıdır», – ABŞ-ın məşhur Los-Alamos laboratoriyasındakı fəaliyyətə rəhbərlik etmiş Şeril Rofe deyir.

Görünür, bu hökmlə barışmaq lazım gələcək. Vətəndaşlar, sisəylərə yaxın getməyin, yoxsa pis olacaq.

Müəllif: Yevgeniy Bay

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*