backend

Aqil Abbas: "Ermənilərin Kəlbəcəri boşaltmaqdan imtina etməsi onlara çox ağır başa gələr"

Məlum olduğu kimi, noyabrın 20-də Ağdam erməni işğalçıları tərəfindən boşaldılaraq Azərbaycana təhvil verilib. Əldə edilmiş razılığa əsasən, noyabrın 25-də də Kəlbəcər Azərbaycana geri qaytarılmalıdır. Lakin o da məlumdur ki, bəzi erməni terrorçuları müxtəlif təxribatlara əl ataraq Kəlbəcəri boşaltmamaq niyyətləri gizlətmirlər.

Bununla bağlı KONKRET.az-a danışan deputat Aqil Abbas bildirib ki, ermənilərin Kəlbəcəri boşaltmaqdan imtina etməsi onlara çox ağır başa gələr: “Ermənilərin başına elə bir yumruq vurulub ki, çətin uzun müddət onlar özlərinə gələ bilsin. Narahatlığa əsas yoxdur. Noyabrın 25-də ermənilər Kəlbəcəri təhvil verəcək. Ümumiyyətlə, dekabrın 1-nə kimi erməni silahlı qüvvələri bütün torpaqlarımızı boşaldacaqlar. Erməni silahlı qüvvələri növbəti təxribata əl atarlarsa, o biriləri kimi leş olarlar. Cəsədlərini belə yığıb-yığışdıra bilməzlər. Hazırda tabe olmayan terrorçu qüvvələr də var. Amma onlar hər hansı qələt etsələr, cavabsız qalmayacaqlar. Ermənilərin işğal edilmiş əraziləri könüllü tərk etməsi özləri üçün də sərfəlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*