“Nikol Paşinyanın şəxsiyyətindəki təməl dəyərlər tutduğu vəzifəyə uyğun gəlmir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamenti Aparatının keçmiş rəhbəri Ara Saqatelyan bildirib.
Onun sözlərinə görə, “Nikol Paşinyan otuz illik yığılmış məyusluq və eyforiya fonunda, populyar texnologiyalardan istifadə edərək hakimiyyətə gəlib. Ancaq bu onun baş nazir olmağa hazır olduğu anlamına gəlməməlidir. Xalqımızın əsl dramı budur ki, o, heç vaxt baş nazir olmayıb. O, qəsbkar və macəraçı olaraq yaddaşlarda qaldı. O, mövcud vəziyyətdə məlumatları qəbul etmək, onun analizini aparmaq və məlumatlarla işləmək üçün kifayət qədər intellektual mənbəyə sahib deyil. Baş nazir mütəxəssis olmaq məcburiyyətində deyil, amma dürüst olmağa çalışmalıdır, lakin o, özünü sabahkı növbəti tirajını necə satmasını düşünən bir qəzet redaktoru kimi aparır, yəni qısa müddətə işləyən təfəkkürü var. Onun hazırlıq və zəkasının olmaması Paşinyanı daim qorxu içində saxlayır. Razılaşın ki, insan bu qədər yalan danışmaqdan çox yorulub. Ona görə də biz yorğun və tükənmiş bir insanla məşğuluq. Üç il əvvəl xalq ona sadiq idi, indi isə yorulub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
