Tunis sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, qayıq Tunisdən İtaliyaya doğru hərəkət edirmiş.
Sahil Mühafizəsindən verilən açıqlamada 14 nəfərin xilas edildiyi, 35 nəfərin isə həyatını itirdiyi bildirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2023-cü ilin ilk üç ayında Aralıq dənizində 499 nəfərin ümid səyahəti ölümlə nəticələnib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
