İranın xarici işlər naziri Putinlə danışıqların nəticəsini dəyərləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçı Kremldə Rusiya prezidenti Putinlə görüşdən sonra təəssüratlarını bölüşüb.
“Biz çox mühüm müzakirələr apardıq. İran İslam Respublikası ilə Rusiya arasında əlaqələr heç vaxt indiki kimi güclü, yaxşı və qarşılıqlı hörmət və maraqlara əsaslanan formada olmayıb. İran və Rusiya arasında bu yaxınlarda imzalanan hərtərəfli əməkdaşlıq müqaviləsi iki ölkə arasında münasibətlərin səviyyəsini strateji səviyyəyə qaldırıb. Biz Rusiyadakı dostlarımızla bütün beynəlxalq sahələrdə sıx əməkdaşlıq və məsləhətləşmələr aparırıq”, – deyə nazir vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az