“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycanla normallaşma prosesini təhrif edən bəyanatlar verib”.
KONKRET.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması şərhində bildirib.
“İlk öncə xatırladırıq ki, 30 il ərzində Alma-Ata Bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyası və demarkasiyasına imkan verməyən Ermənistan olub. Ararat Mirzoyanın Azərbaycanın sərhəd insidentlərinə və silahlara nəzarət mexanizminin yaradılması təklifinə cavab verməməsi ilə bağlı bəyanatı özünü beynəlxalq ictimaiyyətin gözündə konstruktiv tərəf kimi təqdim etmək üçün qeyri-ciddi və tamamilə mənasız cəhddir.
Ermənistan Qarabağ ermənilərinin guya zorla köçürülməsi ilə bağlı böhtan xarakterli bəyanatlar vermək, qondarma “qurumların” antiazərbaycan fəaliyyətinə göz yummaq, hərbiləşdirmə siyasəti yürütmək, sərhəddə gərginlik yaratmaq əvəzinə səmimi şəkildə səy göstərməlidir”.
Ermənistan Azərbaycanla barışıq və qaçqınlarımızın doğma torpaqlarımıza qayıtmağısına şərait yaratmaq əvəzinə yenə də sərsəmləyib.
Natiq Səlim,
KONKRET.az