İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdübackend

İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi komandiri Məhəmməd Qabaini zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,  O, 2023-cü ilin oktyabrında oğurlanmış 9 İsrail vətəndaşının anklavda girov saxlanılmasında birbaşa iştirak edib. Həmçinin onun son zamanlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar təşkil etdiyi, HƏMAS-ın döyüş qabiliyyətini bərpa etmək istiqamətində fəaliyyət göstərdiyi və bununla da atəşkəs rejimini sistemli şəkildə pozduğu bildirilib.

Məlumata görə, zərbədən əvvəl mülki əhaliyə dəyə biləcək ziyanı minimuma endirmək üçün yüksək dəqiqlikli döyüş sursatlarından istifadə edilib və havadan müşahidə aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*