Xəbər verdiyimiz kimi, mlli komandamızın sabiq futbolçusu Araz Abdullayev yenə qalmaqalla gündəmə gəlib. İdmançı təkər qaraldan yeniyetmə ilə mübahisə edib və onu vurub. Mübahisə Kənan adlı yeniyetmənin “TikTok”da canlı yayımda olduğu zaman başlayıb.
KONKRET.az xəbər verir ki, sözügedən videosuna görə ciddi tənqidlərə məruz qalan Araz Abdullayev sosial şəbəkə hesabında paylaşım edərək uşaqdan üzr istəyib və ona formasını hədiyyə edib:
“Həmən Kənan qardaşımla danışdıq, yoluna qoyduq. İnsanların reaksiyası olması gərəkən kimi idi. Üzr istəyirəm, qardaşım, yanındayam”.

***
11:01
Milli komandamızın sabiq futbolçusu Araz Abdullayev yenə qalmaqalla gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, idmançı təkər qaraldan yeniyetmə ilə mübahisə edib.
Mübahisə Kənan adlı yeniyetmənin “TikTok”da canlı yayımda olduğu zaman başlayıb. Futbolçu onu vurub.
Hadisənin görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə viral olub.
Dəfələrlə lüks avtomobililə sürət həddini aşmasına görə gündəmə gələn futbolçu 10 il öncə 2 süpürgəçini maşınla vurmuşdu – onlardan biri hadisə yerində dünyasını dəyişmişdi.
Həmin görüntüləri təqdim edirik:
