Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.
KONKRET.az xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, buna səbəb xanəndənin səhhətindəki problemlər olub.
O, professor kimi konservatoriyadakı fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.
