Arkadi Dubnov Putinin Dağlıq Qarabağla bağlı niyyətlərini açıqladıbackend

Arkadi Dubnov Putinin Dağlıq Qarabağla bağlı niyyətlərini açıqladı

“Putin Qarabağdakı müharibə və müharibədən sonrakı nizamlama ilə bağlı “Rossiya TV”-yə verdiyi müsahibədə açıq şəkildə bildirir ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısaydı, onda Rusiya bu müharibədə ermənilərin mövqeyini daha yaxşı başa düşmüş olardı…”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Arkadi Dubnov Dağlıq Qarabağla bağlı “Exo Moskvı” radiosuna şərhində vurğulayıb.

O, daha sonra bunları deyib:

“Putin açıq şəkildə göstərir ki, Dağlıq Qarabağın gələcək statusu rəsmi olaraq Azərbaycan ərazisi olmasına baxmayaraq, daha sonra müəyyənləşdiriləcək. Başqa sözlə, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun erməni adını daşıyan şəhərin Stepanakert yox, Azərbaycan dilində Xankəndi adlandırması bir qədər tələsik səslənib.

Putin Türkiyə Prezidenti Ərdoğanın türk sülhməramlılarını ermənilərin yaşadığı Dağlıq Qarabağ ərazisindəki ruslarla bir sırada yerləşdirmə cəhdlərini olduqca sərt şəkildə rədd etdi.

Nəhayət, Putin Ermənistan müxalifətinin Azərbaycanla barışıq barəsində 10 noyabrda imzaladığı “gecə razılaşması” səbəbi ilə xəyanətdə günahlandırdığı Ermənistanın baş naziri Paşinyanı öz himayəsinə götürdü.

Sual olunur, bu ifadələr indi niyə işlədilir?

Bunun bir neçə səbəbi var və bunlar aşağıdakılardır:

Birincisi, ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri bu həftə Moskvada bir araya gələrək Rusiya sülhməramlıları kontekstində Dağlıq Qarabağın gələcək statusunu müzakirə edəcəklər. Beləliklə, ATƏT-in Minsk Qrupu Rusiya ilə bölgədə birtərəfli qaydada Türkiyə ilə məhdud əməkdaşlıq şəraitində qurduğu yeni, müvəqqəti də olsa, status-kvonu tanımaq məcburiyyətində qalacaq.

İkincisi, Putinin dedikləri  “Dağlıq Qarabağa hər hansı statusdan söhbət gedə bilməz”, – deyən Azərbaycanın qalib Prezidentinin qorxuducu tonunu sakitləşdirmək məqsədi daşıyır.

Üçüncüsü, bu, türklərin indi Ankarada keçirilən Türkiyə və Rusiya hərbi nümayəndə heyətlərinin danışıqları zamanı sülhməramlıları ilə birlikdə Qarabağa girmək cəhdlərinə cavabdır.

Dördüncü, rəsmi Kreml Paşinyanı Putinin idarə etdiyi İrəvanda hakimiyyətdə saxlamağa çalışır”.

Arkadi Dubnov hesab edir ki, Rusiya Paşinyanın zorla kənarlaşdırılmasına hələ hazır deyil. Çünki onun yerinə Ermənistanda açıq anti-rusiya və ya daha çox qərbyönlü siyasətçilər gələ bilər ki, bu da Rusiya üçün arzuolunmaz senaridir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*