Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu İngiltərənin “Arsenal” klubunun və Braziliya millisinin vingeri Qabriel Martinellinin transferini rəsmən açıqlayıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu klubla 4 illik müqavilə imzalayıb.
Transferin məbləği 70 milyon avro, futbolçunun illik məvacibi isə 20 milyon avro təşkil edib.
Martinellinin “Əl-Hilal”a keçidi “Arsenal”ın tarixində ən bahalı satış olub. Əvvəlki rekord 2017-ci ildə “Liverpul”a 40 milyon funt-sterlinqə satılan Aleks Oksleyd-Çemberleynə məxsus idi.
Martinelli 2019-cu ildən “Arsenal”da çıxış edirdi. Ötən mövsüm braziliyalı “topçular”ın heyətində keçirdiyi 53 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.
