Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Arsrun Ovannisyan Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra hücuma məruz qaldığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında məlumat verib.
Ovannisyan 9 noyabrdan etibarən davamlı təhdidlər aldığını, lakin bunlara cavab vermədiyini və hətta polisə də müraciət etmədiyini deyib.
“Dünən gecə iki nəfər mənə hücum etdi. Onları dəf edə bildim. Heç kimdən qorxmuram və heç kimi özümə düşmən hesab etmirəm. Lakin ölüm təhdidi olduğu və məni izlədikləri üçün polisə müraciət etməliyəm”,- deyə Ovannisyan qeyd edib.
Xatırladaq ki, o, noyabrın 11-də vəzifədən getdiyini, bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirmişdi.
