backend

Arutyunyan yenə SƏRSƏMLƏDİ: "Sülhməramlılar Arsaxda zəmanətli və müddətsiz olmalıdır"

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan növbəti təxribat xarakterli bəyanatla çıxış edib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, qondarma prezident Arayik Arutyunyan sahibinin yanında quyruq bulayanlar kimi yenə ağzına gələni çərənləməyə başlayıb:

“Mən hesab edirəm ki, Rusiya sülhməramlı qoşunu Arsaxda ehtiyac olduğu qədər, zəmanətli və müddətsiz olmalıdır. Və bu məsələdə Arsax xalqının tələbatı və fikirləri əsas amillər olmalıdır, çünki biz sülhməramlı missiyanın əsas benefisiarlarıyıq. Təhlükəsizliyin adekvat səviyyəsini təmin etmək yolunda digər mühüm istiqamət mövcud reallıqları və vəziyyəti nəzərə alaraq Arsax Müdafiə Ordusu, Polisi və Milli Təhlükəsizlik Xidmətinin imkanlarının ardıcıl inkişafıdır. Xarici siyasət sferasında xalqın öz müqəddəratını təyinetmə hüququnun tanınması uğrunda mübarizə davam etdiriləcək. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq, burada Arsax Respublikasının müstəqilliyinin öz müqəddəratını təyinetmə hüququ əsasında beynəlxalq səviyyədə tanınması bizim əsas və barışmaz məqsədimizdir və bu, münaqişənin həllinə yol açacaqdır. Arsax Müdafiə Ordusu və Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilən nisbi sabitlik bir sıra mühüm məsələləri həll etməyə və tərəqqiyə töhfə verəcək proqramları işə salmağa imkan verib”, – deyə Arayik sərsəmləyib.

P.S. Deyəsən Azərbaycan “dəmir yumruğunu” yenidən işə salmalı olacaq. Arayikin başı qoltuq arasında olduğuna görə, rusun ətəyindən bərk yapışıb. Rusların orada olması Arayikin həbsxanalarda çürüməməsinə, həyatda qalmasına qarantdır. Qorxduğu üçün ruslara getməmələri üçün yalvarır. Rusların Qarabağda qalma məsələsinə Azərbaycan qərar verəcək, Arayik yox.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*