“Arvadımın Ukraynaya səfərini siyasiləşdirmək lazım deyil” – Paşinyanbackend

"Arvadımın Ukraynaya səfərini siyasiləşdirmək lazım deyil" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan “İctimai televiziya”ya müsahibəsində həyat yoldaşının Ukraynaya səfərindən danışıb. 

KONKRET.az xəbər verir ki, Paşinyan bu mövzunun həddən artıq siyasiləşdirildiyini bildirib: “Anna Akopyan uzun müddətdir ki, Birinci Xanımlar və Cənablar Sammitinin fəaliyyətində iştirak edir və bu çərçivədə keçirilən tədbirlərdə iştirak edir. Yaxın vaxtlarda Ermənistanda da analoji tədbirin keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Anna Akopyan Kiyevdə Azərbaycanın suveren ərazisindəki vəziyyətlə bağlı yalanlarla çıxış edib. O cümlədən guya “30 min aclıq çəkən Artsax uşağı” haqqında uydurma məlumatlar verib. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*