Tanınmış aşıq Namiq Fərhadoğlu qəzaya düşüb. Hadisə paytaxtın Tbilisi prospektində qeydə alınıb.
Aşıq Namiq Fərhadoğlunun idarə etdiyi “Kia” markalı avtomobil “Range Rover” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
KONKRET.AZ bildirir ki, Musavat.com-a hadisə ilə bağlı danışan aşıq hadisədə xəsarət almadığını bildirib: “Verilişə gedirdim. Yaşıl işıqda yola çıxdım, sağ tərəfdən “Range Rover” gəlib, avtomobilimə çırpıldı. Özüm xəsarət almamışam. Avtomobilimə ciddi ziyan dəyib. Günah qarşı tərəfdə olsa da boynuna almırdı. Əsas odur ki, salamatam”.
