backend

Aslan İsmayılovdan məmurlara: “Cinayətə bərabər məsuliyyətsizlik, biganəlik halları baş verir”

Aslan İsmayılov, tanınmış hüquqşünas

Hakimiyyət rəsmilərinin nəzərinə!

Müharibənin bitməsi, Böyük Qələbə heç kimi arxayın etməməlidir. Hələ də görüləsi işlər çoxdur:

– Bu gün də itkin düşmüşlərin axtarışı, əsirlərin qaytarılması, şəhidlərin hamısının müəyyən edilib ehtiramla dəfn edilməsi, sağlamlıqlarını itirmişlərin müalicəsi davam etməlidir. Bu sahələrdə cinayətə bərabər məsuliyyətsizlik, biganəlik təəssüf ki, bu gün də davam edir. Artıq bəziləri hər şeyi unudub pul qazanmağa girişiblər. Bəzi hallarda şəhidlərin axtarılması, sahiblərinə qaytarılması hakimiyyət nümayəndələrindən heç kimin iştirakı olmadan, doğmaları hesabına həyata keçirilir.

– Bəzi hallarda müharibədən sonra hələ də hərbidə qalmış əsgər və zabitlərin minimal ehtiyacları belə ödənilmir. Onların bu şərəfli müharibədən sonra mənəvi təskinlikləri üçün iş görülmür, bəzi hallarda isə könülləri qırılır.

– Müharibə dövrü baş vermiş satqınlıqlar, ona bərabər baş vermiş cinayətlər araşdırılıb günahkarlar cəzalarına çatmalıdır. Bu cinayətlərin nəticəsində onlarla, yüzlərlə balalarımızın şəhid olmasına heç bir şübhəm yoxdur.

– Müharibə dövrü ancaq mənim bildiyim hərbi səfərbərlik, səhiyyə sahəsində kifayət qədər cinayətlər olub və havadarları tərəfindən ört-basdır edilib. Bunlar hamısı araşdırılmalıdır. Müharibə üçün könüllülər tərəfindən müharibəyə təmənnasız verilmiş dərman, preparatların ayrı-ayrı şəxslər tərəfindən mənimsənilməsi halları araşdırılmalıdır.

Qeyd: Özümdə bu halları təsdiq edən çoxlu sayda məlumatlar var. Başqalarında, sübutu olan belə hallar varsa, mənə göndərilməsini xahiş edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*