Aşotyan: “Şəkillərdən hər şey aydın görünür, axşama yeni məğlubiyyət mesajı gözləyin”backend

Aşotyan: "Şəkillərdən hər şey aydın görünür, axşama yeni məğlubiyyət mesajı gözləyin"

Burada yenə hər şey artıq fotoşəkillərdən aydın görünür”.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkədə hesabında yazıb. O, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdən foto paylaşıb.

“Brüsseldə başlayan üçtərəfli görüşdən fotolar silsiləsi yenə öz sözünü deyir.

Yenə deyirəm ki, məğlubiyyətin səbəbkarı və simvoluna çevrilmiş məxluqun danışıqları davam etdirməyə haqqı yoxdur.

Burada yenə hər şey artıq fotoşəkillərdən aydındır.

Bədən dili sadəcə bu barədə qışqırır. Axşam yeni bir məğlubiyyət mesajı gözləyin”, – deyə Aşotyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*