AŞPA Azərbaycandan nə istəyir? – Gürcüstan nümayəndə heyəti etiraz etdibackend

AŞPA Azərbaycandan nə istəyir? - Gürcüstan nümayəndə heyəti etiraz etdi

Fransanın diktəsi ilə Azərbaycana qarşı qərəzli mövqe tutan Qərbin siyasi təşkilatları  böhtan kampaniyasını hələ də davam etdirir. Özlərini Ermənistanın havadarları  kimi aparan avropalılar guya ermənilərin tapdanan hüquqlarından narahatdırlar. 30 il ərzində  Ermənistanın işğalçılıq siyasətini qulaq ardına vuran Avropa siyasi təşkilatları sadəcə vaxt uzatmaqla işğalı unutdurmağa səy göstəriblər. Amma 4 il əvvəl Qarabağı işğaldan azad edən Azərbaycanın şanlı ordusu ötən il sonuncu erməni separatçısının da varlığına son qoydu və bununla ölkəmizin suvernliyi tam bərpa olundu. Bundan sonra Avropanın erməni sevgisi yenidən baş qaldırdı və Azərbaycanı etnik təmizləmədə ittiham etməyə başladılar. Əsasən Avropa Parlamentində və AŞPA-da ölkəmiz əleyhinə ciddi kampaniyalar başladı və qərəzli bəyanatlar səsləndirildi. Bunun müqabilində Azərbaycanın AŞPA-dakı nümayəndəliyi fəaliyyətini dayandırmağa məcbur oldu. Öz çirkin planlarından əl çəkməyən avropalı siyasətçilər yenə Azərbaycanı hədəf seçiblər.

Dünən AŞPA-da Azərbaycan əleyhinə dinləmələrə cəhd edilib. Amma gürcüstanlı deputatların etirazından sonra bunun qarşısı alınıb. Gürcüstanın AŞPA-dakı  nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin təhsil, elm və gənclər komitəsinin sədri Givi Mikanadze bildirib ki, AŞPA-nın sessiyasında bəzi siyasi qruplar təfərrüatları dəqiqləşdirmədən Azərbaycandakı vəziyyəti müzakirə etməyi təklif etməyə başlayıblar:“Lakin bizim nümayəndə heyəti belə bir təşəbbüsə qəti şəkildə etiraz etdi. Birincisi, hansısa bir ölkəni onun nümayəndələrinin iştirakı olmadan müzakirə etmək yolverilməzdir. Bu, bizim üçün tamamilə qəbuledilməz yanaşmadır. İkincisi, biz bütün  rəsmi dialoqlarda  Azərbaycanın AŞPA-ya tezliklə qayıtmasının zəruriliyini vurğulayırıq. Ötən gün  Avropa Şurasının baş katibi Alain Berset ilə görüşdüm. Onunla Azərbaycan nümayəndə heyətinin geri qayıtmasına imkan yaradacaq addımların müzakirəsini etdik. Biz Azərbaycanın bu struktura qayıtmasına nail olmaq üçün hər cür səy göstərəcəyik”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*