Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
KONKRET.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları belədir:
Bakı şəhəri üzrə:
- Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
- Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
- Nizami rayonu Şah Abbas məscidi
- Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
- Suraxanı rayonu Qaraçuxur məscidi
- Yasamal rayonu Təzə Pir məscidi
- Yasamal rayonu Hacı Soltanəli məscidi
- Binəqədi rayonu İmam Əli məscidi.
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
“Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər”, – QMİ-nin açıqlamasında bildirilib.
