Atəşkəs elan etdi, hücumu daha da çoxaltdı – Rusiya yenə də SÖZÜNÜ TUTMADIbackend

Atəşkəs elan etdi, hücumu daha da çoxaltdı - Rusiya yenə də SÖZÜNÜ TUTMADI

Rusiyanın İran dronları ilə Ukraynaya hücumlarının ardı-arası kəsilmir.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin ötən gün Pasxa bayramı ilə bağlı verdiyi atəşkəs qərarına baxmayaraq, Rusiya ordusu Ukrayna ərazisinə hücumlarını daha da intensivləşdirib.

KONKRET.az xəbər verir ki, Rusiya ordusu bu gün səhər saatlarında 87 ədəd İran istehsalı olan “Shahed-136/131” pilotsuz təyyarəsi ilə Ukrayna şəhərlərinə zərbələr endirib.

Məlumata görə, hücumlar zamanı Ukrayna ordusunun qüvvələri 33 ədəd “Shahed” PUA-sını zərərsizləşdirib. Rusiya qüvvələri tərəfindən atılan 36 dron isə hədəfə dəyməyib.

Qeyd olunub ki, hücumlarda Ukraynanın Odessa, Xarkov, Donetsk, Zaporojya vilayətləri hədəfə alınıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*