“Atletiko” klubu azarkeşlərlə bağlı qadağa tədbiq edəcəkbackend

"Atletiko" klubu azarkeşlərlə bağlı qadağa tədbiq edəcək

İspaniyanın “Atletiko” (Madrid) komandası azarkeşlərin üzlərini gizlədə biləcək geyimlə stadiona daxil olmasını qadağan edəcək.

KONKRET.az xəbər verir ki, ötən gün La Liqanın VIII turunda doğma meydanda “Real”ı (Madrid) qəbul edən “Atletiko”nun üzlərini gizlətmək üçün maska ​​taxan bəzi azarkeşləri meydançaya yad əşyalar atıblar.

Bu səbəbdən stadiona gələn şəxslərin üzünün görünməsinə mane olan hər hansı geyimdən istifadəsinə qadağa qoyulacaq. Qaydanı pozan azarkeşlər stadiondan uzaqlaşdırılacaq.

Qeyd edək ki, paytaxt təmilçisi ölkə çempionatında səkkiz turdan sonra 16 xalla üçüncü pillədə qərarlaşıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*