Avetik Çalabyan: “Paşinyan azərbaycanlıların Şuşaya qayıtmasına razı olmadı, bəs təslimçiliyə niyə qol çəkdi?”backend

Avetik Çalabyan: "Paşinyan azərbaycanlıların Şuşaya qayıtmasına razı olmadı, bəs təslimçiliyə niyə qol çəkdi?"

“Ötən gün Nikol Paşinyan sosial şəbəkədə özünə bəraət qazandırmaq məqsədi ilə bəzi açıqlamalar etdi. Guya 19 oktyabrda Qarabağın hazırkı və keçmiş liderlərinin onu müharibəni bitirməyə çağırdığını, bundan sonra bu məsələdə vasitəçilik üçün Paşinyan Rusiya prezidentinə müraciət etdiyini dedi. Bu vasitəçilik nəticəsində düşmən artıq döyüş meydanında aşkar üstünlük qazansa da, erməni tərəfdən Azərbaycan əhalisinin Şuşaya qayıtmasını təmin etməsini tələb edərək döyüş əməliyyatlarını dayandırmağa hazır idi. Eyni zamanda, şəhər özü də erməni tərəfinin nəzarəti altında qaldı. Yalnız ona məlum olan səbəblərə görə Paşinyan qələbə perspektivinin olmadığı müharibəni bitirmək üçün bu təklifi rədd etdi”.

KONKRET.az xəbər verir ki, bu sətirlər “Milli Gündəm” partiyasının siyasi şurasının üzvü, politoloq Avetik Çalabyanın Facebook səhifəsindəki yazısından götürülüb. Politoloq yazır ki, “Paşinyana sual verirəm. Təklifləri rədd etməyinizlə və fəlakətli nəticələrə səbəb olan müharibəni təkbaşına davam etdirmək qərarına gəldiyinizlə razılaşdınızmı? Seçicilər qarşısında məsuliyyəti üzərinizə götürüb təvazökarlıqla Ermənistanın baş naziri vəzifəsindən istefa etməyinizin vaxtı çatmayıbmı? “

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*