AVRO-2020-də 1/4 final mərhələsinin son görüşü keçirilir.
KONKRET.az xəbər verir ki, Romanın paytaxtı Romada Ukrayna ilə İngiltərə qarşılaşır.
Ukrayna (3-4-1-2): Buşan, Matviyenko, Krivtsov, Zabarnı, Nikolenko, Zinçenko, Sidorçuk, Karavayev, Şaparenko, Yarmolenko (kapitan), Yaremçuk
İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Volker, Filips, Rays, Sterlinq, Maunt, Sanço, Keyn (kapitan)
Qeyd edək ki, bu görüşün qalibi yarımfinalda Danimarkanın rəqibi olacaq.
İngiltərə millisi erkən qolla hesabı açdı. Hari Keyn 4-cü dəqiqədə Rahim Sterlinqin ötürməsi ilə İngiltərəni 1:0 hesabı ilə önə keçirdi.
