Avropa çempionatı: Yarımfinala vəsiqə qazanan komandalar bəlli oldubackend

Avropa çempionatı: Yarımfinala vəsiqə qazanan komandalar bəlli oldu

İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

KONKRET.az-ın məlumatına görə, cütlərin tərkibi 1/4 final mərhələsinin yekununda bəlli olub.

Bu raundda İngiltərə İspaniyaya 2:1, Almaniya Avstriyaya 2:0, İsveç Belçikaya, Fransa isə Niderlanda 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, iyulun 26-da İngiltərə – İsveç, iyulun 27-də isə Almaniya – Fransa qarşılaşması keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının finalı iyulun 31-də Londondakı “Uembli” stadionunda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*