Meloni Aİ-ni Ukrayna ilə bağlı danışıqlardakı xaosa görə tənqid etdibackend

Meloni Aİ-ni Ukrayna ilə bağlı danışıqlardakı xaosa görə tənqid etdi

İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna ilə bağlı danışıqlar prosesində Avropa İttifaqında yaranmış qarışıqlığı tənqid edib.

KONKRET.az xəbər verir ki, o, danışıqlarda Aİ-ni kimin təmsil edəcəyinin dəqiq müəyyənləşdirilməsini tələb edib.

“Mən hələ də israr edirəm ki, Avropa İttifaqı adından danışıqlar masasına kimin əyləşəcəyi və hansı mandatla çıxış edəcəyi məsələsinə birdəfəlik aydınlıq gətirilməlidir”, – deyə Meloni Avropa Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı məktubda yazıb.

Meloni vurğulayıb ki, Aİ daxilində “razılaşdırılmamış davranış”nə müttəfiqlərlə münasibətlərə, nə də “mənasız təcavüzü dayandırmağa” inandırılmalı olan tərəflərlə aparılan işə fayda gətirəcək.

“Əminəm ki, nizamsız fəaliyyət göstərən Avropa obrazı ilə yalnız bu müharibənin davam etməsində maraqlı olanların mənafeyinə xidmət edirik”, – deyə İtaliya hökumət başçısının məktubundan sitat gətirən AFP agentliyi bildirib.

Meloni bu məsələnin noyabrın 13-də Dublində keçiriləcək Avropa Şurasının qeyri-rəsmi görüşündə müzakirə olunmasını təklif edib.

Rusiya ilə Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə növbəti danışıqlar raundu noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun məlumatına görə, görüşdə “müharibədən sonrakı təhlükəsizlik, gərginliyin azaldılması, humanitar təşəbbüslər və sülhə doğru növbəti addımlar” müzakirə olunacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*