Masaj salonları işlədən qadına hədə-qorxu gəldi, həbs edildibackend

Masaj salonları işlədən qadına hədə-qorxu gəldi, həbs edildi

Bakının mərkəzində fəaliyyət göstərən “Red Light” və “Gold” masaj salonlarını işlədən Gülnarə İsayevadan hədə-qorxu ilə 30 000 manat tələb olunub.

KONKRET.az xitab24.az-a istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi açılıb.

G.İsayevaya rüsvayedici məlumatlar yayma hədəsi gələn şəxsin 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı S.M (şərti) olduğu müəyyənləşib.

O özünü vəzifəli şəxs kimi tanıdaraq 30 000 manat qarşılığında himayədarlıq da təklif edib.

Gülnarə İsayevanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra 24 yaşlı şəxs saxlanılıb. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təqsirləndirilən şəxsə 2 il sınaq müddəti müəyyən edilməklə onun cəzası şərti hesab olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*