Josep Borrell: “Rusiyanın valyuta ehtiyatları Ukraynaya verilməlidir”backend

Josep Borrell: "Rusiyanın valyuta ehtiyatları Ukraynaya verilməlidir"

Rusiyanın dondurulmuş valyuta ehtiyatlarından Ukraynanın yenidən qurulmasında istifadə edilməlidir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

Ukraynanın müharibədən sonrakı rekonstruksiyasının yüz milyardlarla avroya başa gələcəyinə işarə edən Borrell, bu məbləğin Rusiyanın dondurulmuş valyuta ehtiyatları hesabına qarşılana biləcəyini qeyd edib.

Borell Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ABŞ-ın da oxşar təcrübəni həyata keçirdiyini xatırladıb.

Həmçinin O bildirib ki, Ukraynada valyuta ehtiyatlarından istifadənin Rusiyanın müharibə təzminatı ödəməsi üçün bir yol ola bilər.

Qeyd edək ki, tətbiq edilən sanksiyalara görə Rusiya Mərkəzi Bankının xaricdəki təxminən 300 milyard dollarlıq qızıl -valyuta ehtiyatları dondurulub.

İqbal Rzayev,

KONKRET,az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*