Avropa komissarı: “Ukrayna hərbi əməliyyatlar dövründə NATO-ya qəbul edilməyəcək”backend

Avropa komissarı: "Ukrayna hərbi əməliyyatlar dövründə NATO-ya qəbul edilməyəcək"

“Ukrayna öz ərazisində hərbi əməliyyatlar davam etdiyi müddətdə NATO-ya üzv ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton Fransanın BFM telekanalının efirində deyib.

O qeyd edib ki, müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq çətindir.

“Zelenski Ukraynanın NATO-ya üzv olmasını istəyib. Lakin bildiyiniz kimi, ölkədə hərbi əməliyyatlar zamanı alyansa qoşulmaq məsələsi gündəmə gələ bilməz. Ukraynada hərbi əməliyyatlar gedir və onların nə vaxt başa çatacağını söyləmək çətindir”, – deyə Breton bildirib.

Xatırladaq ki, Ukrayna Prezidenti sentyabrın 30-da ölkənin NATO-ya sürətlə daxil olması üçün ərizə imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*