Avropa İttifaqı rəsmiləri Ermənistanın qarşıya qoyduğu vizasız gediş-gəliş hədəflərinə münasibətdə ehtiyatlı mövqe sərgiləyirlər.
KONKRET.az xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib ki, Ermənistanla Aİ arasında vizasız rejimin 2029-cu ilə qədər mümkün tətbiqi ilə bağlı səsləndirilən proqnozlar hələlik tezdir.
Qeyd edək ki, Ermənistan hökumətinin 2026–2031-ci illər üçün nəzərdə tutulmuş proqramında 2029-cu ilə qədər Aİ ilə tam vizasız rejimə nail olmaq məqsədi əksini tapıb.
Natiq Səlim,
KONKRET.az
