Avropa Parlamenti Rusiya ilə bağlı qətnamə QƏBUL ETDİbackend

Avropa Parlamenti Rusiya ilə bağlı qətnamə QƏBUL ETDİ

Avropa Parlamenti Rusiyanı terrorçuluğu himayə edən ölkə kimi tanıyan qətnamə qəbul edib.

KONKRET.azReuters”ə istinadən xəbər verir ki, sənədin mətni qurumun saytında dərc olunub.

Avropalı qanunvericilər Moskvanın beynəlxalq hüququ pozaraq enerji infrastrukturu, xəstəxanalar, məktəblər və sığınacaqlar kimi mülki obyektlərə zərbələr endirməsini əsas gətirərək Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.

Qeyd olunub ki, qəbul edilən sənəd hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*