Avropa Parlamentinin deputatı erməni təxribatından danışdıbackend

Avropa Parlamentinin deputatı erməni təxribatından danışdı

Avropa Parlamentinin Latviyadan olan deputatı Sandra Kalniete sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribatlar barədə Latviyanın “TV24” telekanalına müsahibə verib.

KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, müsahibəsində xanım deputat böyük enerji infrastrukturunun mövcud olduğu regionda yaşanan son hadisələrin narahatlıq doğurduğunu bildirib.

O, Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın bir sıra digər rayonlarını da işğal etdiyini vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün Minsk Qrupu ölkələri, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənməsi beynəlxalq hüquqa uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*