Avropa Ukraynanın işğalına əvvəlcədən razı imiş? – ŞOK DETAL ORTAYA ÇIXDIbackend

Avropa Ukraynanın işğalına əvvəlcədən razı imiş? - ŞOK DETAL ORTAYA ÇIXDI

“Ukrayna prezidenti ilə danışdım. Kiyevdə vəziyyət çox ağırdır. Səhər tezdən Rusiya şəhəri bombalamağa başladı. Dronlar yaşayış binalarına bombalar yağdırır. İnsanlar ölür. Bu, xalqı sındırmaq üçün açıq-aşkar terror aktıdır. Amma xalqın paytaxtı qorumaq əzmi böyükdür”.

KONKRET.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda öz sosial şəbəkə hesabında yazıb.

Task isə “Putin təkcə Krımın ilhaqının tanınmasını deyil, həm də Ukraynanın tam silahsızlaşdırılmasını istəyir” bildirib.

Onun sözlərinə görə, müxtəlif mənbələrdən alınan məlumatlar tələblərin Ukrayna kilsəsinə və onun Moskvadan müstəqilliyinə son qoyulmasına da aid olduğunu deməyə əsas verir. “Putin faktiki olaraq Ukraynanın tam təslim olmasını istəyir”,  o vurğulayıb.

“Dziennik Gazeta Prawna”nın məlumatına görə isə , Avropa Ukraynadan 5 milyona qədər qaçqın gözləyir. Aİ ölkələri potensial qaçqınlar üçün müvəqqəti yaşayış yerləri hazırlayır. Eyni zamanda, Polşa miqrasiya axınının tənzimlənməsində əsas ölkə adlanır.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*