Bu noyabrın 15-20 arası aparılan “OnePoll” sorğusu nəticəsində müəyyən edilib. Sorğuda 14 min avropalı iştirak edib.
KONKRET.az xəbər verir ki, aparılan sorğu nəticəsində Avropanın ən dəblə geyinən ölkələri müəyyən edilib. 30-dan artıq ölkədə keçirilən sorğunun nəticələrinə görə italyanlar ən dəblə geyinən insanlar sayılıb. İtalyanları müvafiq olaraq fransızlar və ispanlar izləyir. Respodentlər Avropanın ən dəblə geyinən 10 ölkəsinə müvafiq olaraq Böyük Britaniya, İsveç, Danimarka, Portuqaliya, Almaniya, Norveç və Finlandiyanı da daxil ediblər. Anketdə respondentlərdən özlərini necə qiymətləndirdikləri də soruşulub. Bu sorğunun yekununda maraqlı nəticələr ortaya çıxıb. Məsələn, polşalıların 76 faizi özlərini ən dəbli xalqı kimi qələmə veriblər. Müqayisə üçün deyək ki, İtalyanların 67, fransızların isə 64 faizi özlərini bəyəniblər.
KONKRET.az
