Avropanın koronovirus təhlükəsi olmayan çimərlikləri müəyyən edildibackend

Avropanın koronovirus təhlükəsi olmayan çimərlikləri müəyyən edildi

“Forbes” “European Best Destinations” təşkilatının hazırladığı hesabata istinadən bildirir ki, turistlər üçün təhlükəsiz 10 çimərliyə Yunanıstanın Prevaz şəhərinin Monolif çimərliyi başçılıq edir.

KONKRET.az xəbər verir ki, bu çimərliyin eni 80 metr, uzunluğu isə 22 kilometrdir. İkinci yerdə Portuqaliyanın Komporto əyalətinin Alentaj çimərliyi gəlir. 35 kilometr uzunluğa malik qumlu sahillərdə turistlər istədikləri kimi dincələ bilərlər.

Bundan əlavə təhlükəsiz 10 çimərlik siyahısına Portuqaliyanın Portu-Santu adası,Yunanıstanın Korfu adası, Maltanın Ayn-Tuffixa, Portuqaliyanın Alqarv bölgəsindəki Meyya-Prayya, Latviyanın Yurmala, Litvanın Nida və almanlara məxsus Hel adası daxildir.

Qeyd edək ki, İspaniyada pandemiya dövründə çimərliklərə məsafədən nəzarət etmək tenologiyası mənimsənilib.

SURXAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*