Avstriya İtaliyadan gələn təyyarələrin enişinə qadağa qoydubackend

Avstriya İtaliyadan gələn təyyarələrin enişinə qadağa qoydu

Avstriya hökuməti İtaliyadan gələn təyyarələrin hava limanlarında enişinə qadağa qoyub.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın Daxili İşlər naziri Karl Nehammer deyib. Bundan əvvəl Avstriya Federal Dəmir Yolları da İtaliyadan qatarların gəlişini qadağan etmişdi.

Nehammerin sözlərinə görə, ölkəsi İtaliya ilə sərhəddə nəzarəti gücləndirib. İtaliyadan Avstriyaya sağlamlıq haqqında arayışla və 14 gün müddətində karantində saxlanılmaqla keçmək olar.

Qeyd edək ki, Avstriyada koronavirusa yoluxanların sayı 206-dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*