Avstriyalı müsəlman qadına avtobusda hücum edildi və hicabı başından çıxarıldı – VİDEObackend

Avstriyalı müsəlman qadına avtobusda hücum edildi və hicabı başından çıxarıldı - VİDEO

Avstriyalı müsəlman qadın avtobusda hücuma məruz qalıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avstriyada tanınmış müsəlman qadınlardan biri, blogger Baraa Bolat İslamofobların hücumunun qurbanı olub.

Belə ki, avtobusda gedərkən bir qadın ona hücum edib və üzünə tüpürüb.

Bütün bunlar azmış kimi həmin qadın Baraa Bolatın hicabını da zorla başından çıxarıb.

Məlumat üçün bildirək ki, Baraa Bolat 26 yaşındadır. O Avstriyanın vena şəhərində anadan olub. Onun əsli Tunisdəndir.

Baraa Bolat Avstriyada tanınmış blogger kimi tanınır. O arzu edən qadınlara hicab bağlamağı aşılayan videolar çəkir.

Başına gələnlərdən sonra blogger polisə şikayət edib və məlum olub ki, həmin qadın ilk dəfə deyil ki, müsəlmanlara hücum edir.

Lakin polisin bu vaxta qədər heç bir tədbir görməməsi, bloggeri təəccübləndirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*