Avtobus qəzasında ölən və yaralananların sayı açıqlandı – RƏSMİbackend

Avtobus qəzasında ölən və yaralananların sayı açıqlandı - RƏSMİ

Xəbər verdiyimiz kimi, Cəlilabadda istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Hadisəsi nəticəsində xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

“Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*