KONKRET.az shamshyan.com-a istinadən xəbər verir ki, hadisə Ermənistanın Pokraşen kəndi yaxınlığında magistral yolunda baş verib. Avtomobil M-1 magistral yolunun İrəvan-Bavra hissəsinin 135-ci kilometrliyində idarəetməni itirib. Belə ki, Suzuki markalı avtomobil yoldan çıxaraq təxminən 200 metr dərəyə yuvarlanıb. Nəticədə Artur (soyadı məlum deyil), Vazgen (soyadı məlum deyil) və Vahe V. (1986-cı il təvəllüdlü) hadisə yerində ölüb, Gevorg A. (1989-cu il təvəllüdlü) isə sağ qala bilib. O, Gümrü Tibb Mərkəzinə aparılıb, həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirib.
