Saatlıda avtomobilinə yanacaq tökən sürücünü maşın vuraraq öldürüb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Kamallı kəndi ərazisində qeydə alınıb.
Laçın sakini, 1972-ci il təvəllüdlü Cavadov Hamlet Lənkəran oğlu idarə etdiyi avtomobilinə yanacaq tökərkən yolda hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
