Aya Sofyanın divarlarındakı ikonaların aqibəti necə olacaq? – Aydınlıq gətirildibackend

Aya Sofyanın divarlarındakı ikonaların aqibəti necə olacaq? - Aydınlıq gətirildi

Ötən gün muzey statusu ləğv olunaraq, məscid elan olunan İstanbulun məşhur Aya Sofya məbədinin divarlarına çəkilmiş ikona təsvirlərinin taleyinə aydınlıq gətirilib.

KONKRET.az “HaberGlobal”a istinadən xəbər verir ki, insan təsvirləri olan ikonalar üçün açılıb-bağlanan xüsusi pərdələr düzəldiləcək.

İnsan təsviri olmayan mozaikaların örtülməsi isə müzakirə mövzusu deyil.

Qeyd edək ki, hazırda Aya Sofya məscidində 10-dan çox ikona və dini simvollar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*