Aygün Bayramovaya vəzifə verildibackend

Aygün Bayramovaya vəzifə verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, elm və təhsil nazirinin əmrinə əsasən, Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər A.Bayramova 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, A.Bayramova 2017-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2021-ci ildə İnsan Resurslarının İdarəedilməsi üzrə beynəlxalq sertifikasiyadan keçib (SHRM-CP), 2022-ci ildə “Executive MBA” proqramı üzrə Böyük Britaniyanın York Universitetinə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*